Siyasət

  • 13 214

Deputatlığa namizəd Ramil Həsən Ucarda seçicilərlə növbəti görüşlər keçirib

image

Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Ramil Sahib oğlu Həsən Ucar rayonunun Yuxarı Şilyan kəndində seçiiclərlə görüş keçirib.

Yuxarı Şilyan kənd Mədəniyyət evində kənd sakinlərinin iştirakı ilə keçirilən görüşü YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq Yeni Azərbaycan Partiyasının seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə getdiyini deyib. O, deputatlığa namizəd haqqında ətraflı məlumat verib.
Partiyanının namizədi Ramil Həsən çıxış edərək Azərbaycanın daha da inkişafı üçün atılacaq addımlar haqqında fikirlərini bölüşüb, YAP-ın seçki proqramı haqqında bəhs edib.
Yuxarı Şilyan kənd sakinləri Nazir Məmmədov,Yemilxan Əhmədov, İsmayıl Abdulov, Faiq Məmmədov, Şəhla Salahova, Mehparə İslamova, Aşa Hacıyeva, Tahir Məlikov çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədini dəstəklədiklərini qeyd etməklə gələcəkdə həllini gözləyən təkliflərini də bildiriblər.
Daha sonra Ramil Həsən şəhid Təhmiraz Cavadovun anası Xəysə Cavadova, şəhid Nazarət Rəhimovun anası Bibixanım Rəhimova, şəhid Asif Xəlilovun valideyinləri Qoca və Yemən Xəlilovlar, Böyük Vətən Müharibəsi iştirakçısı Məhərrəm Baxşəliyev və Qazyan kəndində şəhid Əziz Əliyevin valideyinləri Ağamirzə və Fatma Əliyevlərin evini ziyarət edərək onlarla görüşüb.

yap.org.az

Digər xəbərlər