Siyasət

  • 8 271

Yeni Azərbaycan Partiyasının namizədi Əliabbas Salahzadə seçicilərlə silsilə görüşlərini davam etdirir

image

Bu gün 27 saylı Sabunçu ikinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əliabbas Salahzadənin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Sabunçu rayon təşkilatının qərargahında seçiciləri ilə növbəti görüşü keçirildi.

Görüşü giriş sözü ilə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva açaraq, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kursun nəticəsi olaraq, əldə olunan nailiyyətlərdən danışdı. Rayon partiya təşkilatının sədri qeyd etdi ki, Azərbaycan son illərdə böyük nailiyyətlər qazanaraq, bu gün dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayanır, beynəlxalq ictimaiyyət tərəfindən müstəqil, güclü və qüdrətli dövlət kimi qəbul olunur. Mehriban Abasquliyeva daha sonra qarşıdan gələn növbədənkənar parlament seçkiləri haqqında danışaraq, seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd etdi və namizəd Əliabbbas Salahzadə haqqında seçicilərə məlumat verdi.
Seçicilər qarşısında çıxış edən Əliabbas Salahzadə YAP-ın bu seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatıldığını bildirərək, seçicilərin etimadını qazanaraq, millət vəkili seçiləcəyi təqdirdə, bu etimadı doğrultmaq üçün çalışacağını vurğuladı. Əliabbas Salahzadə qanunvericilik fəaliyyəti, Dağlıq Qarabağ münaqişəsinin həlli, təhsil, idman, səyhiyyə, milli-mənəvi dəyərlərin qorunması, gənclərə qayğı və əhalinin məşğulluğu istiqamətində görəcəyi işlər barədə danışdı. Görüşdə çıxış edənlər YAP Sabunçu rayon təşkilatının sədr müavini Bəxtiyar Qasımov, YAP Sabunçu rayon təşkilatının Aparat rəhbəri Rəşad Abbasəliyev namizəd Əliabbas Salahzadənin yüksək keyfiyyətlərə malik, savadlı, intellektli bir şəxs olduğunu və bu seçimin Yeni Azərbaycan Partiyası tərəfindən çox düzgün qərar olduğunu qeyd etdilər və seçiciləri 9 fevral 2020-ci il tarixində keçiriləcək Parlament seçkilərində iştirak etməyə, Daha Güclü Azərbaycan Naminə Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırdılar.

yap.org.az

Digər xəbərlər