Şabran Ağsaqqallarının xeyir duasını alaraq yolumuza davam edirik

54 saylı Şabran-Siyəzən seçki dairəsindən fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizəd Sadiq Qurbanov ilk görüşlərini Ağsaqqalarla və Vələsli kəndi kənd sakinləri ilə keçirib.

Görüşdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov seçicilərə Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının ictimai siyasi həyatındakı uğurları barədə məlumat vermişdir. O,həmçinin Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsinnən deputatlığa namizədi Sadiq Qurbanovun fəaliyyəti barədə danışmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə apardığı köklü islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib.
Yeni Azərbaycan Partiyasının 54 saylı Şabran-Siyəzən seçki dairəsindən Milli Məclisin üzvlüyünə namizədi Sadiq Qurbanov seçicilərinə seçki platformasındakı prioritet məsələlər barədə məlumat verdi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə ölkədə bütün sahələrin inkişafına çox ciddi diqqət və qayğı ilə yanaşdığı, hər bir sahənin inkişaf etdirilməsi çərçivəsində uğurlu siyasət apardığı bildirildi. Ulu öndər Heydər Əliyevin qoyduğu irsin, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və nəticədə Azərbaycanın dinamik inkişafına mühüm töhvələr verdiyini bildirdi.
Seçicilərin iştirakı ilə keçirilən görüşdə yüksək əhval-ruhiyyə bir daha onu göstərirdi ki, xalq həmişə olduğu kimi, bu seçkilərdə də “Daha güclü Azərbaycan naminə” Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcək və növbəti illərdə deputat kimi fəaliyyət göstərəcinə inanırlar.

yap.org.az