Yeni Azərbaycan Partiyasının namizədi Hicran Hüseynovanın Sumqayıt şəhərində seçicilərlə görüşləri davam edir

41 saylı Sumqayıt birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın Sumqayıt şəhəri 12-ci mikrorayonda yaşayan sakinlər, eləcə də şəhid ailələri, müharibə veteranları ilə növbəti görüşü keçirilmişdir.

Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri Sahib Fərzəliyev, Sumqayıt şəhər 1 saylı Doğum Evinin baş həkimi Təranə Rəcəbli, Sumqayıt Dövlət Texniki Kollec direktoru Mətanət Pirquliyeva, “Hüseynoğlu” MMC-nin rəhbəri və Dünya və Olimp Ticarət Mərkəzinin sahibi Lətifə Əhmədova, sahibkar Fərxrəddin Rəhimov, şəhid ailələrinin üzvləri, müharibə veteranları və başqaları çıxış edərək Hicran Hüseynovanın fəaliyyəti, onun elmi, pedaqoji və dövlət məmuru kimi böyük təcrübəsindən bəhs edilib. Çıxış edənlər qeyd etdilər ki, bugün buraya toplaşan insanları onların öz namizədinə olan inam və sevgisi gətirib.
Çıxış edənlər həmçinin ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasəti bugün uğurla davam etdirən Prezident İlham Əliyevin ölkədə fəaliyyətini xüsusilə vurğuladılar.
Sonda Hicran Hüseynova seçiciləri fevralın 9-da Azərbaycan Respublikasının Mili Məclisinə keçiriləcək azad, demokratik seçkilərdə fəal iştirak etməyə, öz siyasi iradələrini göstərməyə səsləyib.
Həmçinin, Hicran Hüseynova həmin ərazilərdə yaşayan şəhid ailələri, aztəminatlı ailələrlə görüşüb, onların problemləri ilə maraqlanmışdır. Görüş zamanı vətəndaşlar tərəfindən səsləndirilən təklif və müraciətlər dinlənilib və müvafiq tədbirlərin görülməsi üçün qeydə alınmışdır.

yap.org.az