Deputatlığa namizəd Kamilə Əliyeva Zaqatala rayonunda bir neçə kəndində seçicilərlə görüşüb

111 saylı Zaqatala-Balakən seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyevanın təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Yanvarın 24-də Kamilə Əliyeva Zaqatala rayonunda bir neçə kənddə seçicilərlə görüşüb. Yeni Azərbaycan Partiyasının namizədi Kamilə Əliyeva təbliğat-təşviqat kampaniyası çərçivəsində günün birinci yarısında Zaqatala rayonun Danaçı və Uzunqazmalar kəndlərinin sakinləri ilə genişmiqyaslı görüş keçirib. Günün ikinci yarısı isə onun Zaqatala rayonun Aşağı Çardaxlar kənd sakinləri ilə fərdi görüşlər təşkil olunub. Görüşdə Kamilə Əliyeva, Yeni Azərbaycan Partiyasının Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov, digər səlahiyyətli nümayəndələr iştirak etmişdir.
Kamilə Əliyeva ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətində əldə olunmuş uğurlardan, Zaqatala rayonuna tarixi səfərləri zamanı verilmiş sərəncamlardan və görülmüş işlər barəsində seçicilərə geniş məlumat verdi .
Deputatlığa namizəd çıxışı zamanı millət vəkili olduğu dönəmdə göstərdiyi fəaliyyətindən, aparılan dövlət siyasətindən söz açmışdır.
Sonra seçicilər Yeni Azərbaycan Partiyasının namizədi haqqında mövqelərini bildirib, təkliflərini səsləndiriblər. Seçicilər ölkə başçısı cənab İlham Əliyevə vətəndaşların rifah halının yüksəldilməsinə yönəlik siyasət yürütdüyü üçün öz dərin minnətdarlıqlarını ifadə ediblər.
Fərdi görüşlər zamanı seçicilər millət vəkilliyinə namizəd Kamilə Əliyevaya qarşıdan gələn seçkilərdə və gələcək fəaliyyətində uğurlar arzuladılar.

yap.org.az