Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonu Bucaq kəndində seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyasının 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən deputatlığa namizədi Aqiyə Naxçıvanlı Oğuz rayonunun Bucaq kəndində seçicilərlə görüşüb.

Görüşdə təbliğat-təşviqat qrupunun üzvləri Yeni Azərbaycan Partiyasının Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, vəkilləri rayon Ağsaqqallar Şurasının sədri Cuma Cumayev, Emin Əzimli, Elşən Alcansoy iştirak ediblər.
Görüş zamanı seçicilərə Aqiyə Naxçıvanlının fəaliyyətindən, indiyə qədər görülmüş işlərdən və görüləcək işlərdən danışılıb.
Eyni zamanda, əhalinin istək və təklifləri dinlənilib, qayğı və problemləri ilə maraqlanılıb.

yap.org.az