Siyasət

  • 10 775

Deputatlığa namizəd İlham Məmmədov seçicilərlə növbəti görüş keçirib

image

48 saylı Yevlax seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi İlham Məmmədov növbəti görüşü rayonun Səmədabad kənd sakinləri ilə keçirmişdir. İlham Məmmədov Yeni Azərbaycan partiyasının ölkənin ictimai- siyasi həyatındakı uğurları barədə məlumat verərək, partiyanın irəli sürdüyü namizədlərin ən layiqli namizədlər olduğunu açıqladı. İlham Məmmədov YAP-ın bu seçkilərə «Daha güclü Azərbaycan naminə» şüarı ilə qatıldığını bildirərək, kənd sakinləri və ümumiyyətlə yevlaxlılar ona yenidən etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni edəcəyinə söz verdi. O, həmçinin parlamentdəki fəaliyyəti barədə də görüş iştirakçılarını məlumatlandırıb. Sakinləri parlament seçkilərində fəal iştirak etməyə dəvət edən namizəd İlham Məmmədov bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinn möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirmişdir.Görüşdə iştirak edən kənd sakinləri, ziyalılar və ağsaqqallar Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək, deputatlığa namizəd İlham Məmmədova yekdilliklə səs verəcəklərini bildiriblər.Təbliğat –təşviqat kompaniyası çərçivəsində 48 saylı seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun gün ərzində daha bir görüşü İsmayılabad kənd ağsaqqalı Allahverdi Hüseynovun evində oldu.

yap.org.az

Digər xəbərlər