Siyasət

  • 10 714

Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun seçicilərlə görüşləri davam edir

image

51 saylı Qusar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun növbəti görüşü rayonun Əniğ kənd seçiciləri ilə olmuşdur.
Böyük ruh yüksəkliyi ilə keçən görüşdə Azər Badamov seçicilərə Prezident İlham Əliyevin məqsədyönlü siyasətindən, eləcə də, ölkədə gedən kadr, iqtisadi-siyasi islahatlardan danışıb. V çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi fəaliyyət göstərdiyi müddət ərzində öhdəsinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdiyini qeyd edən Azər Badamov yenidən ona etimad göstərilərsə daha böyük qüvvə ilə çalışacağını bildirib.
Azər Badamov seçiciləri maraqlandıran sualları cavablandırıb, onları narahat edən problemlə bağlı aidiyyatı qrumlar qarşısında məsələ qaldıracağını bildirib.
Görüşlərdə çıxış edən kənd sakinləri Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək deputatlığa namizəd Azər Badamova yekdilliklə səs verəcəklərini bildirdilər.

yap.org.az

Digər xəbərlər