Cavid Osmanov seçiciləri ilə görüşlərini davam etdirir

9 fevral tarixində keçiriləcək parlament seçkilərində Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Cavid Osmanov təbliğat-təşviqat kampaniyası çərçivəsində seçiciləri ilə növbəti görüşlərini Ağdaş rayonunun Aşağı Nemətabad və Yuxarı Nemətabad kəndlərində keçirib.Görüşdən əvvəl Cavid Osmanov və təbliğat qrupunun üzvləri el arasında «Babalar piri» kimi tanınan Seyid Pir Həsən baba pirini ziyarət etmişlər.Hər iki görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov seçicilərinə dərin minnətdarlığını bildirib. Hər zaman tutduğu siyasi xəttə - banisi Ümummilli Liderimiz Heydər Əliyev, Sədri Prezident İlham Əliyev olan Yeni Azərbaycan Partiyasına sadiq qalacağına, bundan sonra da bu siyasi xəttə sədaqətlə xidmət edəcəyinə söz verib. 9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə ona yenidən böyük etimad göstərildiyini vurğulayan Cavid Osmanov göstərilən bu etimada görə Yeni Azərbaycan Partiyasına, partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirərək, bu şərəfli və məsuliyyətli yolda bundan sonra da dövlətimizin qarşıya qoyduğu vəzifələrin xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirəcəyini bildirib. Eyni zamanda, tutduğu vəzifələrdən asılı olmayaraq, sadə bir ağdaşlı kimi qalacağını və daim ağdaşlıların yanında olacağını görüş iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, 750 minə yaxın üzvü olan Yeni Azərbaycan Partiyası, nəinki ölkəmizin, hətta Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatıdır: "Sıralarında 18 minə yaxın üzvü birləşdirən rayon təşkilatımız isə partiyamızın ən böyük rayon təşkilatlarındandır. Bu isə, onu göstərir ki, ağdaşlıların partiyamıza, onun Sədri, Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasi xəttə inamı çox güclüdür. Yeni Azərbaycan Partiyasının seçkilərə "Daha güclü Azərbaycan naminə" böyük proqramla gedir: "Cavid Osmanov Prezident İlham Əliyevin ölkədə həyata keçirdiyi dərin, sistemli və ardıcıl islahatlar kursu, onun əsas istiqamətləri və reallaşdırılma mexanizmləri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sosial rifahı dayanır. Elə bu səbəbdən də, ölkəmizdə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Xalq, birmənalı olaraq, Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasətini müdafiə edir. Dövlət başçısı da yalnız milli maraqlara söykənən müstəqil siyasət həyata keçirir.Keçirilən hər iki görüşdə təbliğat qrupunun üzvü Sevgili İbrahimova çıxış edərək, seçki günü seçiciləri fəal olmağa və Daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanova yekdilliklə səs verməyə çağırıb.Aşağı Nemətabad kəndində keçirilən görüşdə çıxış edən seçicilər Vəkil İsmayılov, Alim Qasımov, Məhəmməd Ömərov, Sənubər Məmmədova, Xatın Məmmədova, Əli Əkbərov, Yuxarı Nemətabad kəndindəki görüşdə çıxış edən seçicilər Bayram Mustafayev, Bilqeyis Muxtarova və Mustafa Mustafayev bildiriblər ki, bu kəndlərin sakinləri Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti bəyənərək dəstəkləyirlər və keçiriləcək Milli Məclisə seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədi və Ağdaşın fəxri Cavid Osmanova yekdilliklə səs verəcəklər.

sia.az