Deputatlığa namizəd Ramin Məmmədov Sabirabad rayonu Çöl-Beşdəli, Zalqarağac və Surxayoba kəndlərində seçicilərlə görüşüb

64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Ramin Məmmədovun növbəti görüşü Sabirabad rayonun Çöl-Beşdəli, Zalqarağac və Surxayoba kənd seçicilərlə olub.

Ramin Məmmədov kənd seçiciləri ilə görüşündə bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Sabirabad rayonunda da böyük işlər görülüb. Şübhəsiz ki, bütün bunlar Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev ideyalarının və bu gün bu ideyaları layiqincə həyata keçirən cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu uğurlu siyasət dövlətçiliyimizin, xalqımızın inkişafına, tərəqqisinə yönəlmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev ilk gündən bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Atılan bütün addımların, həyata keçirilən siyasətin də məqsədi Azərbaycan vətəndaşlarının yüksək həyat şəraiti ilə təmin olunmasıdır. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir. Bu seçkilərdə də mən seçicilərin dəstəyinə inanaraq daim onlarla birgə olmağı, ölkəmiz, xalqımız naminə çalışmağı vəd edirəm. Yeni Azərbaycan Partiyası seçkilərə böyük inamla gedir. Əminəm ki, partiyamız ötən seçkilərdə olduğu kimi, Milli Məclisə növbəti seçkilərdə də qələbə qazanacaq.
Görüşdə seçicilərin parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinə əminlik ifadə olunub.
Görüşdən sonra Ramin Məmmədov ağacəkmə kampaniyasında iştirak edib və əlil seçicilərin evini ziyarət edib.

yap.org.az