Siyasət

  • 11 539

Deputatlığa namizəd Səməd Seyidov Qazaxın Birinci Şıxlı, və İkinci Şıxlı kəndlərində seçicilərlə görüş keçirib

image

Yeni Azərbaycan Partiyası tərəfindən 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizəd Səməd Seyidov parlament seçkilərinin təbliğat kampaniyası çərçivəsində növbəti görüşlərini keçirilib.

Görüşlər Qazaxın Birinci Şıxlı, və İkinci Şıxlı kəndlərində keçirilib. Yüksək səviyyədə keçirilən görüşlərdə deputatlığa namizəd Səməd Seyidov YAP-ın seçki proqramı haqqında məlumat verib.
YAP Seçki Qərargahı Qazax rayon şöbəsinin sədri Həmid Pənahov çıxış edərək seçiciləri partiyamızın namizədinə səs verməyə çağırıb.
Görüş zamanı çıxış edən seçicilər fevral ayının 9-da seçki məntəqələrinə gələcəklərini, yüksək fəallıq nümayiş etdirərək partiyanın namizədi Səməd Seyidova səs verəcəklərini bildiriblər.

yap.org.az

Digər xəbərlər