Siyasət

  • 10 046

YAP-ın deputatlığa namizədinin Səbail rayonunda sakinlərlə səyyar görüşləri davam edir

image

VI çağırış Milli Məclis seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Səbail seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aytən Hüseynovanın Səbail rayonu ərazisində sakinlərlə səyyar görüşləri davam edir.

Yanvarın 27-də YAP namizədi Səbail sakinləri ilə növbəti dəfə görüşdü. Rayon ərazisində məhəllələrdə, həyətlərdə sakinlərlə görüşüb səmimi söhbət edən A.Hüseynova seçicilərlə ölkəmizin ictimai-siyasi həyatında gedən proseslər, əhalinin rifah şəraiti, sakinləri narahat edən məişət problemləri haqqında danışdı. Seçiləcəyi təqdirdə rayon ərazisində görəcəyi işlər haqqında sakinlərə məlumat verən YAP namizədi daha güclü Azərbaycan naminə hər kəsi ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasətinin ətrafında daha da sıx birləşməyə və 9 fevral – seçki günü fəal olmağa dəvət etdi.
Sakinlər qarşıdan gələn parlament seçkilərində cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd etdilər.

yap.org.az

Digər xəbərlər