Siyasət

  • 10 385

82 saylı Ağcabədi Seçki Dairəsindən namizəd Tahir Rzayevin seçicilərlə görüşü davam edir

image

25 yanvar 2020-ci il tarixdə Ağcabədi rayonunun Mehrablı, Kəbirli, Aran kəndlərində, 82 saylı Ağcabədi Seçki Dairəsindən Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının vahid namizədi Tahir Musa oğlu Rzayevin təbliğat-təşviqat kompaniyası çərçivəsində seçicilərlə görüşü keçirilmişdir.

Görüşü Yeni Azərbaycan Partiyası Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin üzvü Teymur Rəhimov açaraq deputatlığa namizəd Tahir Rzayevin həyat və faliyyəti barədə seçicilərə məlumat vermişdir. Sonra söz Deputatlığa namizəd Tahir Rzayevə verildi. Tahir Rzayev son dövrlər də ölkədə görülən işlər, ölkə əhalisinin maddi rifah halının yüksəldilməsi üçün Prezidentin verdiyi sərəncamlar, habelə genişmiqyaslı layihələr barədə konkret rəqəmlərlə məlumat verdi və qısa olaraq YAP-ın seçki Proqramı ilə seçiciləri tanış etdi.
Görüşün sonunda Tahir Rzayev verilən sualları cavablandırdı və seçicilərə öz minnətdarlığını bildirdi.

yap.org.az

Digər xəbərlər