Siyasət

  • 11 135

Aydın Hüseynov seçicilərlə görüşlərini davam etdirir

image

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi 11 saylı Qaradağ seçki dairəsindən irəli sürülmüş Aydın Hüseynov seçiciləri ilə görüşlərini davam etdirir. Təbliğat-təşviqat kampaniyasının ilk günündən başlayaraq bütün qəsəbələrdə, məhəllə və evlərdə görüşlər keçirən Aydın Hüseynov Ələt qəsəbəsində növbəti görüşünü təşkil olundu. Əvvəlcə şəhid Təbriz Həsənovun doğum günü ilə əlaqədar evlərində oldu. Valideynləri və qonaqlarla xeyli söhbət etdikdən sonra şəhidin məzarını ziyarət etdi.Ələt qəsəbəsi ilə 30 ildən çox sıx bağlılığı olan Aydın Hüseynov seçicilərlə məhəllə və evlərdə çoxsaylı görüşlər keçirdi. YAP-ın seçki platforması barədə seçicilərə ətraflı məlumat verdi.

yap.org.az

Digər xəbərlər