Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşünü keçirib

Bu gün Yeni Azərbaycan Partiyasının 21 saylı Nəsimi Birinci Seçki Dairəsi üzrə vahid namizədi Məlahət İbrahimqızının seçicilərlə növbəti görüşü keçirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı böyük islahatlardan danışıb.
Görüş zamanı sakinlərin problemləri, şikayət və təklifləri dinlənilib və onların həlli istiqamətində yerindəcə addımlar atılıb.
Deputatlığa namizəd Məlahət İbrahimqızı bildirdi ki, bugünədək görüşlərdə qaldırılan problemləri təhlil edir, həlli mümkün olan problemləri operativ həll etməyə çalışır.
Görüşün yekununda Yeni Azərbaycan Partiyasının vahid namizədi Məlahət İbrahimqızı Daha Güclü Azərbaycan Naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə dəstək olmağa çağırdı.

yap.org.az