PDF Oxu

Siyasət

  • 13 955

Deputatlığa namizəd Əziz Ələkbərli Saatlıda seçicilərlə görüşlərini davam etdirir

Deputatlığa namizəd Əziz Ələkbərli Saatlıda seçicilərlə görüşlərini davam etdirir

Yeni Azərbaycan Partiyası tərəfindən 62 saylı Saatlı seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Əziz Ələkbərli parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Məmmədabad, Əliabad, Genişkənd, Əhmədbəyli və Heydərabad kənd seçicilərilə görüşüb.

Görüşdə çıxış edən deputatlığa namizəd Əziz Ələkbərli əvvəlcə ölkəmizin qazandığı böyük nailiyyətlər haqqında danışıb. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayıb, hazırda ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz birlik olduğunu deyib.
Tədbirdə çıxış edən seçicilər qarşıdan gələn parlament seçkilərində YAP-ın 62 saylı seçki dairəsi üzrə namizədi Əziz Yusif oğlu Ələkbərliyə səs verəcəklərini bəyan ediblər.

yap.org.az

Digər xəbərlər