Siyasət

  • 11 432

YAP-ın namizədi Sadiq Qurbanov Şabranın Ağbaş, Çölquşçu- Hacıqaraqaşlı kəndlərində seçicilərlə görüşüb

image

Yeni Azərbaycan Partiyası tərəfindən 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Sadiq Qurbanov parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Şabranın Ağbaş, Çölquşçu- Hacıqaraqaşlı kəndlərində seçicilərlə görüşüb.

Görüşdə çıxış edən YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov və qərargah üzvü Ağaşirin Bağırzadə partiya tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Sadiq Qurbanovun fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Sadiq Qurbanov seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyəcək.
Görüşdə çıxış edən deputatlığa namizəd Sadiq Qurbanov əvvəlcə ölkəmizin qazandığı böyük nailiyyətlər haqqında danışıb. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayıb, hazırda ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz birlik olduğunu deyib.
Tədbirdə çıxış edən seçicilər qarşıdan gələn parlament seçkilərində növbəti dəfə YAP-ın 54 saylı Şabran-Siyəzən seçki dairəsi üzrə namizədi Sadiq Qurbanova səs verəcəklərini bəyan ediblər.

yap.org.az

Digər xəbərlər