Siyasət

  • 10 399

Deputatlığa namizəd Sevinc Hüseynova Gədəbəyin Nərimankənd kəndində seçicilərlə görüşüb

image

Yeni Azərbaycan Partiyasının 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Nərimankənd kəndində seçicilərlə növbəti görüşü keçirib. Görüşdə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi-sosial siyasətin bölgələrdə daha çox hiss olunduğunu önə çəkib. Gədəbəy rayonunun timsalında da görülən işlərin yüksək səviyyədə olduğunu bildirən R.Nağıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işlərinin davamlı olacağına əminliyini ifadə edib. Bildirilib ki, rayonlarda yeni yolların çəkilməsi, kommunal infrastrukturların yaradılması, kommunikasiya sistemlərinin yenidən qurulması, sosial obyektlərin bərpası insanların rahatlığına və yaxşı yaşamasına imkan verib.Çıxış edən YAP-ın namizədi Sevinc Hüseynova bildirib ki, Yeni Azərbaycan Partiyası seçkilərə "Daha güclü Azərbaycan naminə" şüarı ilə qatılıb. Bu gün xalqımız Yeni Azərbaycan Partiyasına inanır, bu partiyanın irəli sürdüyü namizədlərə etimad göstərir. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən siyasət respublikamızda sabitliyin möhkəmlənməsinə, insanların sosial rifah halının yaxşılaşmasına səbəb olub: "Son illər aparılan iqtisadi-sosial islahatlar, yeniliklər əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına şərait yaradıb. Xalqımız dəyişiklikləri, sosial vəziyyətin yüksəlməsini öz həyatında hiss edir. Əgər mənə etimad göstərilərsə, mən də fəaliyyətimi partiyamızın proqramı çərçivəsində quracaq, müddəalarında əks olunan məsələlərin daha da inkişaf etdirilməsi istiqamətində çalışacağam".

yap.org.az

Digər xəbərlər