Siyasət

  • 11 488

Azər Badamov Qusarın Avaran, Xürəl və Aşağı Ləgər kəndlərində seçicilərlə görüşüb

image

51 saylı Qusar seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamov parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qusar rayonunun Avaran, Xürəl və Aşağı Ləgər kəndlərində seçicilərlə görüşüb.

Görüşləri YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov açıb, seçicilərə Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikasının ictimai siyasi həyatındakı uğurları barədə məlumat verib.
O,həmçinin Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsindən deputatlığa namizədi Azər Badamovun fəaliyyəti barədə danışmışaraq seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyini irəli sürülmüş Azər Badamova səs verməyə çağırıb.
Görüşdə deputatlığa namizəd Azər Badamov geniş nitqlə çıxış edərək Milli Məclisin deputatı olduğu dövrdə özünün fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib.
Görüşlərdə çıxış edən kənd sakinləri Xavər Ağamətova, Fərhad Həsənov və Nurlan Bədirxanov Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək deputatlığa namizəd Azər Badamova yekdilliklə səs verəcəklərini bildiriblər.

yap.org.az

Digər xəbərlər