YAP-ın namizədi Nurlan Həsənov Şəmkirin Çaparlı, Tatarlı və Bayramlı kəndlərində seçicilərlə görüşüb

Yeni Azərbaycan Partiyası tərəfindən 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Nurlan Həsənov parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Şəmkirin Çaparlı, Tatarlı və Bayramlı kəndlərində seçicilərlə görüşüb.

Görüşlərdə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və qərargah üzvü Famil Həmidov partiya tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Nurlan Həsənovun fəaliyyəti barədə ətraflı məlumat vermişlər. Qeyd edilib ki, Nurlan Həsənovun seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyəcək.
Görüşdə çıxış edən deputatlığa namizəd Nurlan Həsənov əvvəlcə ölkəmizin qazandığı böyük nailiyyətlər haqqında danışıb. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayıb, hazırda ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz birlik olduğunu deyib.
Tədbirdə çıxış edən seçicilər qarşıdan gələn parlament seçkilərində növbəti dəfə YAP-ın 99 saylı Şəmkir kənd seçki dairəsi üzrə namizədi Nurlan Həsənova səs verəcəklərini bəyan ediblər.

yap.org.az