Aydın Hüseynov Müşfiqabad qəsəbəsində də dəstəklənəcək

Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi 11 saylı seçki dairəsindən irəli sürülmüş Aydın Hüseynovun seçicilərlə növbəti dəfə Müşfiqabad qəsəbəsində görüşdü.

Seçicilərə YAP-ın seçki platforması barədə ətraflı məlumat verən Aydın Hüseynov dövlətçiliyimizin formalaşmasında və möhkəmlənməsində, ölkəmizin bütün sahələr üzrə inkişafında və xalqımzın rifahının getdikcə yaxşılaşmasında partiyanın müstəsna xidmətlərinə toxundu. Qeyd etdi ki, xalqın yekdil səsi ilə iqtidar partiyasına çevrilən YAP Azərbaycanda təməlini qoyduğu inkişafı durmadan davam etdirir. İlbəil artan dövlət büdcəsi ölkəmizdə yaşayış tərzinin yüksəldilməsinə müsbət töhfəsini verməkdədir.
Bildirildi ki, xalqın etimadını real fəaliyyəti ilə doğruldan partiyamız növbəti seçkilərə də ciddi hazırlaşır. Həm seçkilərin azad, ədalətli və demokratik keçirilməsinə çalışır, həm də növbəti dəfə seçicilərin yekdil səsi ilə qanunvericilik fəaliyyətini də genişləndirmək istəyindədir. Keçirilən bütün görüşlərdə YAP-ın cəmiyyətdə rolunu və daha yaxşı gələcək naminə siyasətini seçicilərlə birlikdə müzakirə edirik.
Ölkəmizdə iqtidar partiyası olaraq YAP-ın fəaliyyətini yüksək qiymətləndirən seçicilər növbəti seçkilərdə də daha güclü Azərbaycan naminə partiyanın namizədlərinə yekdilliklə səs verəcəklərini bildirdilər.

yap.org.az