Siyasət

  • 10 459

Mahir Abbaszadənin seçiciləri ilə görüşləri davam edir

image

Milli Məclisə seçkilərdə namizədliyi 121 saylı Laçın seçki dairəsindən irəli sürülmüş Mahir Abbaszadə Binəqədi rayonunun ardınca Bakının Xətai rayonunda məskunlaşmış seçiciləri ilə də görüş keçirib.Görüşdə Mahir Abbaszadə özünün seçki platforması haqqında geniş məlumat verib. Çıxış edənlər onun V çağırış Milli Məclisdəki fəaliyyətinə qiymət verib, təkliflərini irəli sürüb. Eyni zamanda seçicilərin müraciətləri dinlənilib.
Xatırladaq ki, təbliğat-təşviqat kampaniyasının başladığı ilk gündən M. Abbaszadə Laçın rayonun sakinlərinin müvəqqəti məskunlaşdığı yerlərdə çoxsaylı görüşlər keçirib, şəhid ailələrinə, rayon ağsaqqallarına evlərində baş çəkib.Namizədin seçki qərargahından verilən məlumata görə, görüşlər ölkənin digər rayonlarında davam etdiriləcək. Bütövlükdə Laçın əhalisi məcburi köçkün olaraq Azərbaycanın 58 rayonunda məskunlaşıb.

sia.az

Digər xəbərlər