Siyasət

  • 5 614

Böyük britaniyalı müşahidəçi: "Seçkilər müsbət ampulada keçdi"

image

Böyük Britaniyanın Müşahidə Missiyası Azərbaycanda növbədənkənar parlament seçkilərini izləyib. SİA-nın verdiyi məlumata görə, 6 nəfər səlahiyyətli şəxsdən ibarət missiya ortaq mətbuat konfransı keçirib."Seçkilərin müşahidəsi ilə bağlı cümə günü Bakıya gəldik. Məntəqələrə qrup şəklində getməmişdik. Maksimum ayrı-ayrılıqda 7 məntəqəyə baş çəkdik. 5-ci dəfədir ki, Azərbaycanda seçkiləri müşahidə edirəm. Prezident seçkilərində də müşahidəçi qismində iştirak etmişdik. Bu zaman ərzində prosedurlarda ciddi dəyişikliklərin şahidi olmamışam. Bizdə yüksək təəssüratı seçkidən əvvəl müşahidəçilərin hüquq və vəzifələrinin əks olunduğu sənədlər yaradıb. Müşahidəçilərin 80 faizi qadın idi. Qadınların səlahiyyətləndirilməsi müsbət amildir. Elə ölkələr var ki, orada heç bir sənəd əldə edilmir. Seçkilər müsbət ampulada keçdi".Nümayəndə heyəti ortaq açıqlamasında seçkilərdə müşahidə etdikləri müsbət məqamları qeyd ediblər: "Bəzi məntəqələrdə 10-dan artıq müstəqil namizəd var idi. Onlardan 38-nin parlamentdə yer ala biləcəyi qənaətindəyik. Bundan başqa, siyahıda seçki bülletenlərində namizədlərin adları qarşısında qısa məlumat vardı. Düşünürəm ki, Britaniya da daxil olmaqla, bir çox ölkədə bu təcrübə tətbiq olunmalıdır. Seçki prosesində yüksək texnologiyalardan istifadə edilirdi. Seçki prosesinin pozulmasına isə şərait yaradılmamışdı. Qadın müşahidəçilərin sayı kişilərdən daha çox idi. Yəqin kişilər hava soyuq olduğuna görə müşahidə üçün gəlməmişdilər. 800-dən artıq xarici müşahidəçinin dəvət olunması hökumətin prosesə nə dərəcədə demokratik hazırlaşdığının göstəricisidir. Avropa ilə Azərbaycan arasında böyük fərqlər yoxdur. Sadəcə sizdə tam rəqəmlərlə nə qədər insanın səs verməsi barədə açıqlama verilmir. Bu məsələdə məntəqə sədri ilə müşahidəçilər arasında kiçik qarşıdurma yaranırdı. Bunun aradan qaldırılması mütləqdir. Başqa ciddi pozuntu yox idi".

sia.az

Digər xəbərlər