Siyasət

  • 4 975

Rusiyalı deputat: "Bu stabilliyin göstəricisidir"

image

Rusiyanın parlament nümayəndələri seçki prosesi və müşahidəçilərin seçki aktivliyi barədə məlumat veriblər. SİA xəbər verir ki, Yekaterinburqdan olan Arkadi Mixayloviç və Başqırdıstandan olan Liliya Qumerova 3 bölgədən 11 məntəqədə iştirak etdiklərini bildiriblər.Liliya Qumerova bildirib ki, bütün məntəqələrdə təşkilatçılıq çox yaxşı idi: "Müşahidəçilərlə komissiya üzvləri arasında dostca münasibətlər mövcud idi. Həm yerli, həm də xarici müşahidəçilərdə seçki prosesinə çox böyük maraq var idi. Bəzi məntəqələrdə 50-ə qədər müşahidəçi mövcud idi".Qumerova bildirib ki, komissiya üzvlərinin gənc kadrlardan ibarət olması müsbət bir haldır: "Bu, Azərbaycanda gənclərin də siyasətlə məşğul olduğunu göstərir".Nəticələr haqda danışan Parlament nümayəndəsi bildirib ki, bu nəticələri obyektiv dəyərləndirir: "Bu, ölkədə stabilliyin göstəricisidir".Yekaterinburqdan olan Parlament nümayəndəsi Arkadi Mixayloviç də həmkarının dediklərini təsdiqləyib və əlavə edib ki, bu seçkilər xoş təəssüratlarla yadda qaldı: "Heç bir ciddi və nəinki ciddi, ən kiçik qanun pozuntusuna belə rast gəlinmədi. Nəticələri isə obyektiv dəyərləndirirəm".

sia.az

Digər xəbərlər