Siyasət

  • 6 088

Latviya deputatı: "Seçki prosesi Avropadakı seçkilərdən fərqlənmirdi"

image

Azərbaycandakı növbədənkənar seçki prosesi heç də Avropa ölkələrindəki seçki prosesindən fərqlənmirdi. SİA xəbər verir ki, Latviyanın Parlament nümayəndələri Aleksandr Kirsteins və Armanda Krauze seçki prosesinin çox təmiz və şəffaf keçdiyini bildiriblər.Onlar 3 bölgədən müxtəlif məntəqələrdə iştirak etdiklərini və bütün prosesləri izlədiklərini vurğulayıblar.Aleksandr Kirstens Azərbaycandakı seçki prosesinin heç də digər Avropa ölkələrindəki seçki prosesindən fərqlənmədiyini bildirib. Ən əsası isə o qeyd edib ki, seçki prosesində heç bir insidentlə qarşılaşmayıblar.Latviya Parlamentinin nümayəndəsi Armanda Krauze isə seçkilərin demokratik standartlara uyğun şəkildə, Avropada olduğu kimi həyata keçirildiyini bildirib. Bütün hazırlıqlar və təşkilatçılıq yüksək səviyyədə olduğunu əlavə edib. Həmçinin A.Krauze Azərbaycan və Latviyanın siyasi taleyində oxşarlıq olduğunu da qeyd edib. İki ölkənin də eyni siyasi mərhələlərdən keçdiyini ifadə edib.

sia.az

Digər xəbərlər