Siyasət

  • 6 696

Türk Şurası: Seçki prosesi tam qanunauyğun şəkildə aparıldı

image

Fevralın 10-da Türk Şurasının müşahidə missiyası Azərbaycanda keçirilən parlament seçkilərindəki müşahidələrinin nəticələrini açıqlayıb.

Təşkilatın Baş katibinin müavini Ömər Kocaman parlament seçkilərinin heç bir qanun pozuntusu olmadan keçirildiyini bildirib. O vurğulayıb ki, seçki prosesi tam qanunauyğun şəkildə aparıldı. Namizədlər üçün əlverişli şərait yaradılmışdı. Bununla yanaşı, siyasi partiyalar da çoxluq təşkil edirdi. Bu da ədalətli və şəffaf seçkilərin keçirildiyini təsdiqləyir. Məntəqələrdə seçicilər heç bir təsirə məruz qalmadan azad şəkildə seçimlərini edirdilər.
Baş katib nümayəndə heyətinə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan nümayəndələrin daxil olduğunu bildirib və əlavə edib ki, seçki prosesini iki missiyaya bölünərək müşahidə ediblər: “Seçki məntəqələrində bizə hər cür məlumat verildi, müşahidələrimiz üçün lazımi şərait yaradıldı. Namizədlərin sayının çox olması seçkiyə inamdan xəbər verir”.
Ömər Kocaman seçkinin uğurla başa çatmasına görə Azərbaycan xalqını təbrik edib.
“Azərbaycanda parlament seçkilərinin tam demokratik keçirildiyini əminliklə deyə bilərik. Azərbaycan xalqı üçün xeyirli və uğurlu olsun. Azərbaycanın son 20 ildəki inkişafı göz qabağındadır. Bütün dünya bu inkişafı görür”, – deyə o vurğulayıb.

yap.org.az

Digər xəbərlər