Siyasət

  • 6 682

İƏT nümayəndəsi: Seçkilərin uğurla keçməsinə Azərbaycandakı demokratik mühit əhəmiyyətli dərəcədə təsir edib

image

Seçkiləri müşahidə etmək üçün 8 məntəqədə olduq. Məntəqələrdə heç bir qanun pozuntusu müşahidə etmədik. Havanın soyuq olmasına baxmayaraq, seçicilər səsvermədə çox fəal şəkildə iştirak edirdilər. Seçkilər demokratik, şəffaf təşkil olunmuşdu.Bu fikirləri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqının müşahidə missiyasının üzvi Əli Əsgər Mohammadi fevralın 10-da keçirilən mətbuat konfransında deyib.Müşahidəçi bildirib ki, seçkilərin uğurla başa çatmasına Azərbaycandakı demokratik mühit əhəmiyyətli dərəcədə təsir edib. O, seçkilərin uğurla keçməsinə görə Azərbaycan xalqını təbrik edib.

yap.org.az

Digər xəbərlər