Siyasət

  • 6 777

Slovakiya parlamentinin üzvü: Seçkilərdə hər şey demokratik qaydada təşkil olunub

image

Müşahidə apardığım bütün seçki məntəqələrində insanlarla ünsiyyətdə oldum, heç bir qanun pozuntusu ilə qarşılaşmadım.
Bunu Slovakiya parlamentinin müşahidə missiyasının üzvü, Slovakiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Peter Marçek bildirib.
Seçkilərdə hər şeyin demokratik qaydada təşkil olunduğunu qeyd edən P.Marçek deyib: “Məntəqələrdə vətəndaşlarla ünsiyyətdə olan zaman gördüm ki, onlar hamısı parlament seçkilərində iştirak etməkdə maraqlıdırlar”.
Azərbaycanda 10-cu dəfə olduğunu deyən P. Marçek bildirib ki, ötən illərə ərzində Bakı çox dəyişib, şəhər inkişaf edib. “İş adamlarımıza demək istəyirəm ki, Azərbaycanda investisiya qoymaq üçün münbit şərait var”, - deyə o əlavə edib.

yap.org.az

Digər xəbərlər