Siyasət

  • 6 205

İtaliyalı müşahidəçi: "Seçki prosesi tam şəffaf keçdi"

image

"Ötən gün mən və həmkarım Bakıda və Bakıdan kənardakı seçki məntəqələrində olduq. Sumqayıtda 2 seçki məntəqəsində prosesi izlədik. Əsasən, diqqətimizi seçki qaydalarına riayət edilməsinə yönəltmişdik. Xüsusilə, səsverməyə gələnlərin sənədlərinin yoxlanması məsələsində ciddi nəzarət hiss etdik. Bir çox məntəqələrdə ultrabənövşəyi cihazlar və şəffaf mürəkkəblər vardı. Müşahidə kameraları işləyirdi. Müşahidəçilər arasında həm siyasi partiyalara aid, həm də müstəqil şəxslər vardı. Onların əksəri qadın və gənclərdən ibarət idi". SİA-nın verdiyi məlumata görə, bunu İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rosanna Boldi jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.R.Boldi müşahidəçi qismində Azərbaycandakı seçki prosesini izləməyin çox maraqlı olduğunu bildirib: "Müşahidəçilərdən biri şikayətlənirdi ki, məntəqə sədri ona bülletenlərin şəklinin çəkilməsinə icazə verməyib. Seçki Məcəlləsində bu qaydalarla tanış oldum. Italiyada da bu qayda var. Seçki məntəqəsinə fotokamera ilə daxil olmaq qadağandır. Bundan başqa, əyləncəli dəqiqələr də yaşadıq. Seçki məntəqələrindən birində bizi səsverənlərlə səhv salmışdılar. Onlar deyirdilər ki, siz daha əvvəl başqa seçki məntəqəsində olmusunuz. Biz izah etdik ki, xarici müşahidəçiyik. Bunu xüsusilə qeyd etdim ki, seçki prosesinin necə şəffaf keçdiyindən əmin olasınız".İtaliya Parlamentinin Səhiyyə Komitəsinin üzvü, Avropa Şurasında İtaliya nümayəndə heyətinin üzvü Mariya Rizotti də dünənki seçki prosesinin tam şəffaflıqla keçdiyini bildirib: "Səsvermə qaydalarına ciddi surətdə riayət olunurdu. Azərbaycan xalqına dəyər verən senatorlardan biriyəm. Avropadakı çıxışlarımda da vurğulayıram ki, Azərbaycan qadınlara böyük dəyər verir. 1918-ci ildə məhz bu ölkədə qadınlara ilk dəfə səsvermə hüququ tanınıb. Azərbaycan bununla bəzi Avropa və Amerika ölkələrini qabaqlayıb".

sia.az

Digər xəbərlər