Siyasət

  • 7 261

ATƏT və AŞPA-nın birgə mətbuat konfransı keçirilib

image

Bu gün ATƏT-in Demokratik Təhsisatlar və İnsan Hüquqları İnstitutu, AŞPA və ATƏT Parlament Asambleyası müşahidəçiləri parlament seçkilərinin nəticələrinə dair mətbuat konfransı keçiriblər. SİA-nın verdiyi məlumata görə, ATƏT-in qısa müddətli missiyasının rəhbəri Artur Gerasimov bu hesabatın ATƏT və AŞPA-nın birgə fəaliyyəti olduğunu bildirib.O qeyd edib ki, Azərbaycan işğaldan əziyyət çəkir. Buna baxmayaraq siyasətin digər siyasi aktorlarından istifadə edilməlidir. Seçicilər seçki ilə bağlı ənənəvi mətbuatdan çox sosial şəbəkələrdən almışdı. Seçkilərin 125 dairənin 10-da keçirilmədiyini deyən A.Gerasimov bunun Ermənistanla münaqişə ilə bağlı olduğunu bildirib.O əlavə edib ki, MSK mətbuat və müşahidəçilər üçün açıq olub. O, Azərbaycan hökumətinə əməkdaşlığına görə, minnətdarlığını bildirib.ATƏT-in müşahidəçisi Frank Schavabe Azərbaycan hökumətini onları dəvət etdiyinə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu şəfaflıq yolunda önəmli addımdır.ATƏT PA-nın müşahidəçisi Elena Hoksa Azərbaycana onları xoş qarşıladığına görə minnətdarlığını bildirib. O qeyd edib ki, seçkilər yeni siyasi ab-hava gətirdi. ATƏT demokrtiyanın inkişafına dair dialoqa hazırdır.ATƏT-in Demokratik Təhsisatlar və İnsan Hüquqları İnstitutunun missiya rəhbəri Peter Teyler qeyd edib ki, bu bəyanat ilkin müşahidəni əks etdirir. ATƏT Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazırdır. O əlavə edib ki, MSK-ya ATƏT-in sorğularını cavab verdiyinə təşəkkür edir. Səfir deyib ki, onlar fərqli yerlərdə görüşlər keçiriblər.Daha sonra jurnalistlər suallar verib.

sia.az

Digər xəbərlər