Siyasət

  • 6 434

Həndbol üzrə Azərbaycan çempionatı davam edir

image

Kişi həndbolçular arasında Azərbaycan çempionatında fasilə başa çatıb. Fasilədən sonra start verilən 10-cu turun ilk görüşündə “Məhsul” və “Təhsil” komandaları üz-üzə gəliblər. Oyunda ilk dəqiqələrdən üstünlüyü ələ alan “Məhsul” matçı qələbə ilə başa vurub – 33:24.SİA-nın məlumatına görə, günün digər oyununda “Bakı” komandası U-18 yığmasını sınağa çəkib. Görüşdə daha inamlı oyun nümayiş etdirən “Bakı” azarkeşlərin etimadını doğruldub – 35:22.Növbəti qələbəsini qazanan “Məhsul” komandası 18 xalla çempionatın vahid lideridir. “Bakı” ondan iki xal geri qalır. Üçüncü pillənin sahibi “Təhsil”in aktivində 3 xal var. U-18 bir xalla yarış cədvəlinin autsayderidir.Fevralın 15-nə təyin olunan 11-ci turda “Bakı” - “Məhsul” və “Təhsil” – U-18 görüşləri oynanılacaq.Ayın 12-də isə qadın həndbolçular arasında ölkə çempionatında növbəti oyunlar keçiriləcək. Həmin gün “Qarabağ” komandası “Azəryol”, “Azərsu” isə “İdman Akademiyası” ilə üz-üzə gələcək.

sia.az

Digər xəbərlər