Siyasət

  • 6 386

"Azərbaycanın beynəlxalq arenada mövqeyi daha da möhkəmləndi" AÇIQLAMA

image

"Beynəlxalq təşkilatların Azərbaycanda keçirilən növbədənkənar seçkilərlə bağlı səsləndirdikləri müsbət fikirlər ölkədəki inkişafın və dəyişikliklərin nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda fevralın 9-da keçirlən növbədənkənar seçkilərlə bağlı səsləndirdikləri müsbət fikirlərə münasibət bildirərkən deyib.O bildirib ki, beynəlxalq təşkilatların bu il keçirilən seçkilərlə bağlı fikirləri müsbətə doğru dəyişibsə bu yaxşı bir haldır: "Çünki, Azərbaycandakı reallıqlar dəyişdiyi halda keçirilən seçkilərə qarşı neqatif münasibət bildirmək təbii ki, həmin təşkilatların özlərinin nüfuzuna xələl yetirə bilər. Görünür, beynəlxalq təşkilatlar o cümlədən də ATƏT indiyə qədər ənənəvi olaraq səsləndirdikləri neqativ fikirlərdən sonra, nəticə çıxartmağa başlayıblar ki, Azərbaycandakı reallıqlara uyğun olaraq münasibətin özü də dəyişməlidir. Həmin beynəlxalq təşkilatların seçkilərlə bağlı müsbət bəyanatları bizə nə qədər faydalıdırsa, bir o qədər də həmin təşkilatların özləri üçün faydalıdır. Hazırda təşkilatlarla bağlı dünyada yaranmaqda olan mənfi fikirlərin qarşısının alınması üçün belə addımların atılması çox vacibdir. Ölkəmizdə seçki ilə bağlı ATƏT-in mövqeyinin müsbətə doğru dəyişməsi bizi məmnun edir".Siyasi ekspert Aydın Quliyev Azərbaycanda seçki prosesini izləyən xarici müşahidəçilərin də müsbət fikirlər səsləndirməsini Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə işarə kimi dəyərləndirib: "Elə seçkinin özəlliklərindən və reallıqlarından biri də odur ki, seçkilərdə olan xarici müşahidəçilər pozitiv mövqedən çıxış etdilər. Dünyanın 60-a yaxın ölkəsindən seçkini müşahidə etməyə təxminən 900-ə yaxın müşahidəçi gəlmişdi. Müşahidəçilərin bu seçki ilə birbaşa təmasda olması sözsüz ölkəmiz üçün müsbət bir haldır. Onlar həm də bu münasibətlə ölkəmizdəki bütün bu və digər sahələrdəki dəyişikliklərlə tanış oldular. Hər halda ümumən beynəlxalq müşahidəçilərin mövqeyi pozitiv xarakter daşıyırdı. Bu ölkənin 9 fevral növbədənkənar seçkilərindən sonra Azərbaycanın beynəlxalq arenada mövqeyində mövkəmlənməyə doğru yeni dəyişikliklərin baş verəcəyini deməyə imkan verir".

sia.az

Digər xəbərlər