Siyasət

  • 6 415

"Paşinyan ikibaşlı oyun qurmağa səy göstərir” ÖZƏL - MÖVQE

image

"Ermənistan baş naziri Nikol Paşinyanın sonuncu açıqlamasında deyilməyib ki, Azərbaycana 5 rayon qaytarılır. Amma Azərbaycanda qəzetlərin 70 faizi yazdı ki, 5 rayon qaytarılacaq. Paşinyan dili ilə dedi ki, 7 rayon qaytarılacaq. Ermənistan baş naziri bildirdi ki, 5 rayondan olan əhali oranı tərk etməlidir. Əslində Paşinyanın dediyi "5 rayonun əhalisi oranı tərk etməlidir" fikri o deməkdir ki, Ağdamla, Füzulini çıxmaq şərtilə ermənilər 7 rayonun 5-də gətirib öz ermənilərini məskunlaşdırıblar. Yəni ATƏT-in sənədində yazılıb ki, ermənilər o 5 rayondan çıxmalıdır. Əslində Paşinyanın açıqladığı variant Prezident İlham Əliyevin “Qarabağ klanı”, Ermənistan və dünya erməniləri üzərində qələbəsinin təsbiti, etirafı idi. Cənab İlham Əliyev 2003-cü ildə Prezident oldu, 2004-cü ildə danışıqlara başladı. Dövlət başçısının birinci danışığı Praqada oldu". Bunu SİA-ya politoloq Mübariz Əhmədoğlu Paşinyanın bir tərəfdən danışıqlarda özünü konstruktiv mövqedə olmasına, digər tərəfdən isə separatçıllarla görüşlər keçirməsinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, Paşinyan bir tərəfdən özünü danışıqlara hazır göstərir, digər tərəfdən isə çalışır ki, Dağlıq Qarabağ separatçılarını gücləndirsin və onlarla əlaqədə olsun: "Paşinyan ötən ilin son ayında Azərbaycanın işğal olunmuş ərazilərindəki hərbiyə ayırdığı yardımı xeyli artırdığını elan etdi. Daha sonra o hərbiçilərə gördüyü işləri açıqladı. O siyasi, hümanitar məsələlərdən daha çox hərbi xarakterli məsələlərə daha çox diqqət ayırır. Əslində bu Paşinyanın çox ciddi problemli adam olduğunu göstəricisidir. Yəni Dağlıq Qarabağda sosial-iqtisadi problemin hamısını həll etmədən qondarma Dağlıq Qarabağa gedib hərbiyə xüsusi diqqət ayırması onun işğalçılıq niyyətindən əl çəkmədiyini göstərir. Paşinyan əlinə fürsət düşdükcə erməni ordusunun Azərbaycan torpaqlarındakı işğalçılığını möhkəmləndirsin. İkibaşlı oyun oynayan Paşinyan qondarma DQR-nın erməni separatçılarında məhz hərbi istiqamətin güclənməsinə daha çox səy göstərir”.

sia.az

Digər xəbərlər