Siyasət

  • 6 480

"NATO və Rusiya Bakıda hələ 2 görüş daha planlaşdırır" AÇIQLAMA

image

NATO və Rusiyanın Bakıda hələ iki görüş daha keçirməsi planlaşdırır. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.O bildirib ki, bu NATO ilə Rusiya arasında Bakıda keçirilən bu görüş sayca 2-ci görüşdür: "Bundan əvvəlki görüş tanışlıq xarakteri daşıyırdı. Son vaxtlar regionda Amerika və Rusiya münasibətlərinin tənzimlənməsi istiqamətində olan vacib bir görüşdür. Niyə məhz Bakı? Ona görə ki, Bakını danışıqlar üçün həm məxfilik, həm neytrallıq baxımından etibarlı yer sayırlar. Həm də Azərbaycan NATO-ya bizim hərbi aerodromlardan istifadə etməyə imkan yaradaraq dəstək olub. Azərbaycan həm Rusiya, həm də NATO ilə normal münasibətlər qurduğuna görə ölkəmizə qarşı etibar və inam var. Bu nöqteyi nəzərdən Azərbaycana üstünlük verilir.İki yüzə yaxın müstəqil dövlətlər var amma Azərbaycan elə bir coğrafi nöqtədə yerləşir ki, bu onu həm NATO, həm də Rusiya tərəfdən maraq göstərilən bir dövlət edir. Bir məsələni xüsusi olaraq vurğulamalıyıq ki, Azərbaycanın həm NATO-dan, həm də Rusiyadan bizim ən yaralı yerimiz olan Dağlıq Qarabağla bağlı gözləntiləri var. Onlar da nəhayət ki, bu məsələdə Azərbaycanı dəstəkləyəcəklər. Bu görüşün siyasi əhəmiyyəti çox böyükdür. Hər iki nümayəndə heyəti ölkə başçısı tərəfindən qəbul olundu. Onlar danışıqlarda bir sıra məsələləri müzakirə etdi. Bu nöqteyi nəzərdən dünyanın bütün aparıcı informasiya agentlikləri və dövlət rəhbərləri tərəfindən həm incələndı, həm də dəyərləndirildi".Hərbi ekspert bildirib ki, bu görüşə zərurət yarandığı üçün onlar ikinci dəfə NATO-nun yeni komandanlığı ilə Azərbaycanda görüş keçirilməsinə razılıq verdilər: "Əvvəlki görüşlərdən biri Azərbaycandan kənar keçirilmişdi. Tərəfləri o qədər də qane etməmişdi. Azərbaycan bütün imkanları və şaraiti yaratdığına və görüş ən yüksək səviyyədə təşkil olunduğuna görə onlar yenidən Bakını seçdilər. Bu il ərzində hələ ən azından iki belə görüş də planlaşdırılır. Hansı müddətdə olacaq o dünyada və regionda baş verəcək hadisələrdən asılıdır. Diplomatik hərbi mənbələrdən aldığım məlumata əsasən tərəflər razılığa gəliblər ki, bu il ərzində Azərbaycan ərazisində daha bir neçə görüş keçirəcəklər. Ən azından ikisi barədə dəqiq məlumatımız var".

sia.az

Digər xəbərlər