Siyasət

  • 7 007

"Seçkilər azad və demokratik keçdi və seçicilər istədiyi namizədləri də seçdilər" ÖZƏL-MÜNASİBƏT

image

Azərbaycanda parlament seçkiləri artıq başa çatdı və bildiyimiz kimi dünya ölkələrinin mütləq əksəriyyətinin bu seçkilər barədə rəyləri də müsbətdir. Bəzən seçkilərdə hansısa qüsurların olması barədə söz-söhbətlər, şər-böhtanlar yaymağa çalışanlar yenə də müxtəlif fikirlər səsləndirməyə çalışsalar da seçki pozuntusu barədə konkret arqumentlərin olmaması buna şərait yarada bilməz. Hətta, təsadüfi deyil ki, bu vaxta qədər hər dəfə əvvəcədən hazırlanmış neqativ fikirlər bildirən bəzi qərəzli beynəlxalq qurumlar belə ölkəmizdə azad, şəffaf, demokratik seçki keçirildiyini etiraf edirlər.Azərbaycanda parlament seçkiləri azad və demokratik keçib. Bunu SİA-ya açıqlamasında siyasi ekspert Araz Əlizadə deyib.Siyasi ekspert diqqətə çatdırıb ki, bu seçilərdə qüsur olmayıb.“Ümumiyyətlə, ideal seçki heç yerdə olmur. Bəllidir ki, bu anda belə Amerika Birləşmiş Ştatlarında Demokratlar səsləri hələ də sayıb qurtara bilmirlər. Odur ki, burada hansısa, nə isə bir qüsur axtarmağın yeri yoxdur. Xalq, Azərbaycan xalqı artıq bu seçkilərdə iştirak elədi və seçicilər istədiyi namizədləri də seçdilər”, deyə A.Əlizadə bildirib.Siyasi ekspertin dedikləri də təsdiq edir ki, seçkilər zamanı müəyyən qüsurların olması da mümkündür və ABŞ kimi özünü ən demokratik ölkə olaraq təqdim edən bir dövlətdə də qüsurlar var. Ümumiyyətlə, etiraf etmək lazımdır ki, ideal seçki keçirilməsinə dünyanın heç bir yerində rast gəlinməyib və ölkəmizdə tam demokratik, ədalətli, şəffaf seçkilər keçirildi.

sia.az

Digər xəbərlər