Siyasət

  • 6 077

"Azərbaycanda keçirilən seçki növbəti uğurun nümayişi idi" ÖZƏL-MÜNASİBƏT

image

Ümumiyyətlə seçki prosesi belədir ki, dünyanın heç bir yerində müəyyən problemlərsiz keçmir. Bunu SİA-ya açıqlamasında Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu deyib.Komitə rəhbəri qeyd edib ki, dünyanın heç bir yerində ideal seçkinin keçirildiyindən danışmaq mümkün deyil və bütün dünyada keçirilən seçkilərdən sonra hansısa narazılıqlar ortalığa çıxır, hansısa problemlər qeyd olunur.

“Beynəlxalq təşkilatların, mənim müşahidələrimə görə, Azərbaycanda keçirilən seçkilərdə müvafiq şəraitin yaradılması, namizədlərin bərabər hüquqluluğu, əvvəlki dövrlərdən fərqli olaraq, məsələn, bir yerdə ondan çox namizədin olması və ümumiyyətlə, bütün bunların hamısı və müxtəlif informasiya texnologiyalarından istifadə olunması üstünlüklərinin qeyd olunması təbii ki, təqdir olunandır. Təbii ki, neqativlər də dilə gətirilir, amma xoş olan tərəfi budur ki, ölkədə bu proses, hər kəsin gözlədiyi proses sona çatıb, kifayət qədər uğurlarımızdan danışmaq olar. Amma müəyyən qüsurların da dilə gətirilməsi əlbəttə ki, təbiidir. Mən hesab edirəm ki, bununla bağlı Mərkəzi Seçki Kamissiyasının açıqlamalarında da, bizim bəzi məntəqələrdə ola bilən neqativlərlə bağlı iradlar da qeyd olunur. Qeyd etdiyimiz kimi, yenə də nəzərə almaq lazımdır ki, ideal seçki prosesindən söhbət gedə bilməz.
Ölkəyə çoxsaylı qonaqlar gəlib. Yəni müşahidə missiyası, digərləri və bunların hamısından da ummaq, küsmək doğru deyil ki, hamısı birmənalı şəkildə müsbət məqamları qabardacaqlar. Yəni, müəyyən problemlər dilə gətirilirsə, bu o demək deyil ki, seçki uğursuz alınıb. Mən hesab edirəm ki, bu seçki, Azərbaycanda keçirilən seçki növbəti uğurun nümayişi idi.
Xarici jurnalistlərlə mən daha çox ünsiyyətdə oldum. Dünyanın müxtəlif ölkələrindən bildiyiniz kimi, ölkəmizə çox sayda jurnalistlər gəlmişdi və onların böyük əksəriyyəti seçkilərlə bağlı çox pozitiv fikirlərlə, pozitiv qeydlərlə getdilər və düşünürəm ki, bu da elə əslinə qalanda ölkəmizlə bağlı müəyyən təəssüratların formalaşmasında önəmli rol oynayır”, deyə U.Rəhimoğlu bildirib.

yap.org.az

Digər xəbərlər