Siyasət

  • 6 051

"Paşinyan məsələni həll etmək istəmir" AÇIQLAMA

image

"Paşinyan bu məsələnin normal və konstruktiv həll olunmasına hazır deyil". Bu sözləri SİA-ya açıqlamasında Qərb Universitetinin "Siyasi Elmlər" kafedrasının müdiri, politoloq Fikrət Sadıqov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı yeritdiyi siyasətə münasibət bildirərkən deyib.O bildirib ki, Paşinyan Dağlıq Qarabağ məsələsini həll etməyə cəhd göstərmir: "Mən hesab etmirəm ki, Paşinyan Dağlıq Qarabağ məsələsini həll etmək istəyir. Çünki onun biri-birini inkar edən müxtəlif bəyanatları onu göstərir ki, Paşinyan məsələnin normal və konstruktiv həll olunmasına hazır deyil. Onun apardığı siyasət bir daha göstərir ki, Paşinyanın atdığı addımlar əvvəlki rejiminkindən heç də fərqlənmir. Onun demokrativ şüarlar altında atdığı siyasi addımları onu göstərir ki, Paşinyan sadəcə olaraq təsadüfü bir adamdır. O yalnız bu məsələni ört basdır etmək fikindədir.Sadəcə olaraq biz buna imkan vermirik və verməyəcəyik. Biz aparıcı ölkələrlə diplomatik əlaqələri genişləndirərək, onlarla işləyərək onların Ermənistana siyasi təzyiq təzyiq göstərməsinə nail ola bilərik. Çünki Ermənistana təzyiq göstərilməsə, onlar yenə öz siyasətlərinə və bəyanatlarına davam edəcəklər. Məsələnin həll olunmasına maraq göstərməyəcəklər".Politoloq - "ola bilər mi ki, Paşinyan bu problemi həll etmək iqtidarında deyil?" sualımıza belə cavab verib:"Düşünmürəm ki, bu belədir. Paşinyan əgər həqiqətən istəsə, o məsələnin həll olunmasında heç olmasa müəyyən güzəştlərə gedə bilər. İşğal olunmuş rayonlarımız var, burada müəyyən güzəştlər oluna bilər. Paşinyan bu məsələdə müəyyən aparıcı dövlətlər tərəfindən dəstək ala bilər. O isə bütün bunlara çalışmır belə. Əgər onun daxili məsələlərlə bağlı əli qolu bağlıdırsa onda hakimiyyətə niyə gəlir? Hakimiyyətə gəlmək və ciddi məsələləri həll etməmək o deməkdir ki, sən siyasi xətdən kənarda qalırsan və heç bir şeyə nail olmaq istəmirsən. Əgər Paşinyan öz xalqının rifahı naminə nəsə etmək istəyirsə, xalqı hazırki vəziyyətdən çıxarmaq istəyirsə, bu məsələdə güzəştli addımlar atmalıdır".

sia.az

Digər xəbərlər