Siyasət

  • 6 842

"Sabitlik bizim ən böyük uğurumuzdur" ÖZƏL-MÜNASİBƏT

image

"Ümumiyyətlə sabitlik bizim ən böyük uğurumuzdur". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib."Biz dünyada baş verən hadisələri görürük. Böyük iqtisadiyyatları olan ölkələr siyasi sabitliyin pozulmasından məhv olub gedir. 1991-93-cü illərdə ölkədə cərəyan edən hadisələr fonunda ölkə iqtisadiyyatının hansı durumda olması bizim gözlərimizin önündə baş vermişdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi və ölkədə siyasi sabitliyin təmin olunması Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının təməlini qoymuşdur. Bu gün də həmin siyasi sabitlik cənab Prezident İlham Əliyevin rəhbərliyi altında qorunub saxlanılıb. Hər bir insanın təhlükəsizliyinə dövlət tərəfindən təminat verilir, hüquq və azadlıqlar təmin olunur. Təbii ki, belə olan halda iqtisadi inkişafda da böyük uğurlar əldə etmək mümkündür. Qısa bir zaman kəsiyində ölkəmizdə siyasi sabitlik təmin olunaraq keçdiyi sosial-iqtisadi inkişafla bağlı bir yol təbii ki, ölkələrin yüz illərlə keçə bilmədiyi bir yoldur. Biz ölkədəki sabitliyə böyük dəyər verməliyik. Dünyada baş verən hadisələri hər bir vətəndaş göz önünə gətirməlidir və siyasi sabitliyin pozulmasına xidmət edəcək hər bir addıma qarşı öz mövqeyini göstərməlidir. Yəni bugünkü siyasi sabitliyin təməlində Azərbaycan Respublikasının Prezidentinə xalqın etimadı dayanır"-deyə, deputat fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər