Siyasət

  • 6 092

"Hər bir seçki hər şeydən əvvəl demokratiya hadisəsi və göstəricisidir" ÖZƏL-MÜNASİBƏT

image

"Hər bir seçki hər şeydən əvvəl demokratiya hadisəsi və göstəricisidir. Əgər bir ölkədə seçki keçirilirsə və bunu təmin edən siyasi – hüquqi iradə varsa, deməli burada demokratiya var və qanunun aliliyi təmin edilməlidir". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, 2020 –ci il fevral ayının 9-da ölkəmizdə keçirilən parlament seçkiləri də milli demokratiya tariximizin mühüm hadisələrindən biridir: "Artıq seçki başa çatıb və xalqımız öz siyasi iradəsini ifadə etməklə yeni qanunverici orqanı formalaşdıracaq namizədlərə səs verib. Mərkəzi Seçki Komissiyası yerli qurumlarından daxil olan rəsmi protokollar əsasında dairələr üzrə seçilənlərin siyahısını ictimailəşdirib və önümüzdə prosesin tam başa çatması üçün növbəti hüquqi prosedurlar var. Seçkini müşahidə etmək üçün ölkəmizə gələn çoxsaylı qonaqlar seçki prosesində onun nəticələrini şübhə altına ala biləcək hər hansı fakta rast gəlmədiklərini bildiriblər. Ancaq təəssüf ki, sosial şəbəkələrdə hələ də guya seçkidə hansısa qanun pozuntularının olması iddialarını əsaslandırmağa çalışan şəbəkə iştirakçıları var. Bu zaman polisin seçki məntəqəsində qanunun aliliyini təmin etməsi təəssüf ki, çox yalnış olaraq onun seçkiyə müdaxiləsi halı kimi təqdim edilərək hadisə manipulyasiya edilir. Düşünürəm ki, əslində, bu cəhdin özü qanun pozuntusudur. Çünki heç bir vətəndaşın qanun keşikçilərinin qanunu təmin etmək cəhdlərini ictimai rəyə qanun pozuntusu kimi təqdim etmək hüququ yoxdur. Bu təhlükəsizliyimizi təmin edən hüquq-mühafizə orqanının işgüzar nüfuzuna bilərəkdən zərər vurmaq cəhdidir. Suraxanı rayonundakı seçki məntəqələrindən birində polis əməkdaşlarının məntəqənin daxilində baş verən hadisələrə müdaxiləsi məhz məntəqə sədrinin qanunun aliliyini təmin etmək üçün polisə müraciət etməsi nəticəsində görülmüş hüquqi tədbirdir ki, bu da tamamilə qanunidir və bütün vətəndaşlar tərəfindən təqdir edilməlidir. Əks halda biz nə demokratiyadan, nə insan hüquqlarından, nə də seçki hüququmuzun təmin edilməsindən danışa bilərik".

sia.az

Digər xəbərlər