Siyasət

  • 6 232

Çin XİN rəsmisi: Çin parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edir

image

Bir neçə gün əvvəl Azərbaycanda parlament seçkiləri uğurla keçirilib. Bu münasibətlə Çin tərəfi Azərbaycanı təbrik edir və Azərbaycan xalqına ölkənin inkişafı yolunda daha da böyük uğurlar əldə etməyi səmimi-qəlbdən arzulayır.

Bu fikri Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan mətbuat konfransında fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı Çin tərəfinin mövqeyinə dair sualı cavablandırarkən deyib.
“Çin tərəfi yaxın dost və tərəfdaş olaraq Azərbaycanla ikitərəfli münasibətlərini yüksək qiymətləndirir. Çin Azərbaycan ilə qarşılıqlı dəstəyi artırmaqla və “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yüksəksəviyyəli əməkdaşlıq qurmaqla iki ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəlməsini arzu edir”, - deyə XİN rəsmisi bildirib.

yap.org.az

Digər xəbərlər