Siyasət

  • 6 053

"Paşinyan "status-kvo"nu saxlamağa çalışır” ÖZƏL-ŞƏRH

image

"Ümumiyyətlə, Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtdan imitasiya xarakterli addımlar atıb. Ona görə də hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı onun səmimi mövqeyi haqqında danışmaq üçün əsas yoxdur". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.Politoloqun sözlərinə görə, Paşinyan separatçı rejimə tez-tez səfərlər edir, orada elə separatçı bəyanatlar verir və münaqişənin tənzimlənməsi istiqamətində irəliyə aparacaq bütün addımlardan qaçır: "Bu baxımdan hesab edirəm ki, Paşinyan sadəcə olaraq qeyri-səmimi davranışlarında həmişə israrlı olacaq. O sadəcə olaraq bu gün özünün siyasi kariyerasını düşünməklə məşğuldur. Təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə doğru aparan yeganə yol Azərbaycanın gücü, qüdrətidir. Paşinyan Azərbaycanın gücünü, potensialını, beynəlxalq nüfuzunu davamlı olaraq görür. Bu baxımdan ola bilsin ki, yenə də imitasiya xarakterli addımlara yol verir. Bütövlükdə isə hesab edirəm ki, Paşinyan bütün davranışları ilə münaqişə vəziyyətinin qalmasına çalışır. Ən azından hesab edir ki, istənilən dəyişiklik onun siyasi kariyerasının sonu olacaq. Çünki bütün hallarda Azərbaycanın gücü, qüdrəti dəyişikliyin Azərbaycanın maraqları çərçivəsində baş verməsini şərtləndirəcək. Bu baxımdan da Paşinyan istənilən vasitələrlə "status-kvo" vəziyyətinin qalmasına çalışır və bunda maraqlıdır”.

sia.az

Digər xəbərlər