Siyasət

  • 6 283

"ATƏT Ermənistana təzyiq göstərməyə başlayıb" ÖZƏL - ŞƏRH

image

"Ermənistan Baş naziri Nikol Paşinyan xəstəhal bir adamdır. Bir çox mənbələr göstərir ki, ruhi xəstəliyə malik olan bu adam normal insan deyil. Çünki o dünən söylədiklərini bu gün başqa cür deyir. Bu onun ruhi, psixoloji durumu ilə bağlıdır. Təbii ki, bunu əsas kimi tutmaq da lazım deyil. Əsas məsələ odur ki, bu və onun məsləhətçiləri hədsiz dərəcədə millətçidirlər". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.Politoloqun sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əldə edilmiş torpaqların geriyə qaytarılması istiqamətində qətiyyən səmimi deyil: "O müxtəlif variantlarla gah danışıqlar prosesində qondarma DQR-nın qatılmasını, gah da bu torpaqların tarixən Ermənistana aid olması və s. bu kimi sərsəm iddialar irəli sürür. Danışıqlar prosesində müəyyən manevrlər etməsinin əsas səbəbi isə Ermənistana edilən təzyiqlərlə bağlıdır. Son vaxtlar bir sıra beynəlxalq təşkilatlar, nüfuzlu dövlətlər post-sovet məkanındakı münaqişələrin ərazi bütövlüyü çərçivəsində həll edilməsi barədə səsləndirdikləri birmənalı fikirlər bütün Ermənistanı, o cümlədən də Paşinyanı xeyli silkələyib. Yəni bu gün dünya Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini tələb edir. Bunu BMT, Avropa İttifaqı, Avropa Şurası, ABŞ və s. belə düşünür. Yəni Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədikləri kimi Azərbaycanın da ərazi bütövlüyünü birmənalı surətdə dəstəkləyirlər. Eyni zamanda son vaxtlar artıq ATƏT Ermənistana təzyiq göstərməyə başlayıb və müxtəlif yollarla Ermənistanın siyasi rəhbərliyini danışıqlarda qeyri-konstruktiv mövqeyinə görə qınayıb və bununla bağlı müəyyən tədbirlərə əl atacaqları barədə ona eyham vurublar. Bu təzyiqlərin təsiri altında o müəyyən pozitiv bəyanatlar verir. Amma eyni zamanda əl altından danışıqları uzatmaq, danışıqlara müxtəlif qeyri-konstruktiv ideyalar tapmaq və s. bu kimi gedişlər etməyi də unutmur".

sia.az

Digər xəbərlər