Siyasət

  • 5 362

"Azərbaycan seçicisi iradəsini ortaya qoydu və istədiyi namizədə səs verdi" ÖZƏL-MÜNASİBƏT

image

"Azərbaycanda keçirilmiş 9 fevral növbədənkənar parlament seçkiləri tam demokratik, şəffaf, ədaləti, bütün Azərbaycan seçki qanunvericiliyə uyğun şəkildə keçirilib. Heç bir ciddi saxtakarlıq, qanun pozuntusu qeydə alınmayıb. Azərbaycanda seçkiləri izləyən beynəlxalq müşahidəçilər də bunu söylədi. Onların hamısı seçkilərin qanunauyğun keçirildiyini diqqətə çatdırdılar". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.İkincisi, seçkini xaricdən gələn müşahidəçilər keçirmir, onlar yalnız seçkiləri müşahidə etməklə məşğuldurlar. Hansı qurumu təmsil etməsindən asılı olmayaraq bu belədir. Seçkini keçirən Azərbaycan xalqıdır və bu seçkinin keçirilməsinə, idarə olunmasına rəhbərlik edən Mərkəzi Seçki Komissiyasıdır. Azərbaycan xalqı da öz sözünü dedi, məntəqələrə gəlindi, səsverildi və seçki keçirildi. Cənab Prezidentimiz də ötən gün Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılış mərasimində bildirdi ki, elə bir dövlət olmazki orada seçki tam ideal formada olsun. Təbii ki, müəyyən qədər prosedur qaydalarında, seçkinin gedişatında xırda narazılıqlar olur. Ölkə başçısı bir daha bəyan etdi ki, əgər elə məsələlər varsa, onlar MSK və yaxud başqa qurumlar tərəfindən çox ciddi şəkildə araşdırılacaq. Hamısına ciddi, düzgün və hüquqi qiymət veriləcək. Əgər ciddi pozuntulara yol verənlər olubsa, təbii ki, onlar da müvafiq qaydada cəzalandırılacaqlar. Amma ümumən götürəndə Azərbaycanda 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkiləri demokratik, şəffaf və açıq formada keçirildi. Azərbaycan xalqı, seçicisi iradəsini ortaya qoydu və istədiyi namizədə də səs verdi".

sia.az

Digər xəbərlər