Siyasət

  • 5 674

"Bizim əsr informasiya əsridir" ÖZƏL-MÜNASİBƏT

image

"Bu gün bizim əsr informasiya əsridir. Alman ekspertlərinin belə bir məşhur deyimi var: “Vacib informasiyaya malik olmaq hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı qeyri-vacib informasiyadan ayırmağı bacarmaq bu ikiqat hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı yaymaq və yaxud yaymamaq susmaq qabiliyyəti bu üçqat hakimiyyətə malik olmaq deməkdir”. Yəni bütün bunlar onu göstərir ki, həqiqətən də əsrimiz informasiya əsridir. Bu əsrdə informasiyanı kim düz işləyirsə, kim informasiya və təhlükəsizlik məsələlərinə xüsusi önəm verirsə, bu məsələdə lazımi tədbirlər görübsə heç şübhəsiz ki, o qalibdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Nəsirov deyib."Bu nöqteyi-nəzərdən cənab Prezident İlham Əliyevin Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılış mərasimində və xüsusilə gənclərlə görüşündə səsləndirdiyi bu fikirlər xüsusi məna kəsb edir. İnformasiya təhlükəsizliyi, informasiya baxımından sərhədlərimizin qorunması, mənəvi təhlükəsizlik məsələləri, milli-mənəvi dəyərlərimizin qorunması, onların xaricdən məqsədyönlü şəkildə olan müdaxilələrin qarşısıının alınması, vətənpərvər, savadlı, bilikli gənclərin yetişdirilməsi və s. bütün bunlar heç şübhəsiz ki, ölkənin həm informasiya, həm də mənəvi, milli təhlükəsizliyinin mühüm komponentləridir. Cənab Prezident bu kimi məsələlərə diqqət ayırmaqla əslində bir daha onu nümayiş etdirir ki, yeritdiyi bu siyasətin sayəsində ölkəmizdə sözün həqiqi mənasında sabitlik hökm sürür, təhlükəsizlik mühiti formalaşıb və güclənməkdədir. Xalq da bunu görür, qiymətləndirir və dəyərləndirir. Bu səbəbdən də Azərbaycanda səfərbər olunmuş cəmiyyət, vətəndaş həmrəyliyi hökm sürür”-deyə, deputat fikrini tamamlayıb.

sia.az

Digər xəbərlər