Ədalət Muradov: “Könüllülər ili” rəqəmsal bərabərsizliyi aradan qaldırmağa da mühüm töhfələr verəcək

“Rəqəmsal iqtisadiyyat gəncliyin iqtisadiyyatıdır. Belə ki, gəncliyin potensialının, innovativliyinin reallaşdırılması, müstəqil qərarlar vermək, gələcəyi təmin etmək baxımından rəqəmsal iqtisadiyyat geniş imkanlar yaradır”. Bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov deyib.

Ə.Muradov bildirib ki, rəqəmsal iqtisadiyyatda gənclər oyun qaydalarını özlərinə uyğun dəyişirlər. Gənclər ətraflarında baş verənlərin müşahidəçilərindən, onları formalaşdıranlara çevrilirlər. Həm də nəzərə almaq lazımdır ki, rəqəmsal iqtisadiyyatın məhsul və xidmətlərinin əsas istehlakçıları məhz gənclərdir.
“Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib. İnanıram ki, “Könüllülər ili” rəqəmsal bərabərsizliyi aradan qaldırmağa da mühüm töhfələr verəcək”, - deyə professor Ədalət Muradov qeyd edib.

yap.org.az