Siyasət

  • 6 549

"Müxalifət hər bir seçkidə şou yaratmaqda maraqlıdır" ÖZƏL-MÜNASİBƏT

image

"Ümumiyyətlə, müxalifət hər bir seçkidə şou yaratmaqda maraqlıdır və bu onların köhnə peşəsidir. Hətta deyərdim ki, onlar nəinki seçkilər ərəfəsində, ölkəmizdə keçirilən mötəbər tədbirlərdə də şou yaratmağa cəhd edirlər. Həmin qüvvələr ölkənin imicinə xələl gətirmək və qarayaxmaq istəyirlər. Artıq növbədənkənar parlament seçkiləri başa çatıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev və beynəlxalq müşahidəçilər də dedilər ki, heç bir yerdə ideal seçki olmur və ideal seçki keçirilmir: "Haradasa müəyyən səhvlərə yol verirlər. Çünki seçkiyə on minlərlə, yüz minlərlə, milyonlarla adam qoşulur. Bunun yaşlısı, cavanı, seçkiləri hüquqi cəhətdən bilməyənləri var və s. Bunun hamısını götürüb nöqsan kimi qeyd etmək düzgün deyil. Axı hansı bir ölkədə ideal seçki var? Təbii ki, heç bir ölkədə bu yoxdur. Təbii ki, müəyyən səhvlər olur və Mərkəzi Seçki Komissiyası da məsələyə öz reaksiyasını verib. İndi bundan hər dəfə siyasi şou yaratmaq, siyasi məqsədlər üçün istifadə etmək düzgün hal deyil. Orada müəyyən adamlar var idi ki, seçki məntəqələrinə gedərək min-bir hoqqadan çıxıblar. Dəqiqələrlə, saatlarla bunlar adamları imtahana çəkiblər ki, sən niyə belə uddun, sən niyə elə uddun və s. Axı sənin müşahidəçilərə sual vermək və cavab almaq ixtiyarın yoxdur. Sən və o hər ikiniz müşahidəçisiniz. Hətta bəzən oturub şəkillər çəkirlər. Axı buna nə lüzum var? Bu qanunauyğunsuzluqdur. Onlar özləri qanunları pozurlar sonra da adi xırda bir məsələni şişirdirlər və yaymağa başlayırlar.Əgər bu nöqsanlar ciddi nöqsanlardırsa, MSK bununla əlaqədar öz tədbirlərini gördü və sözünü dedi. Hətta bəzi sənədləri Dairə Seçki Komissiyalarına göndərdi ki, məsələ bir daha araşdırılsın. Əlbəttə ki, əgər ciddi faktlar varsa, bu araşdırılmalıdır. Çünki biz demokratik bir ölkəyik və bizdə seçkilər şəffaf, demokratik keçməlidir. Biz heç kimə imkan verməməliyik ki, Azərbaycan haqqında mənfi fikirlər söyləsinlər. Ölkə başçısı da dedi ki, bəzi nöqsanlar var və bu nöqsanlara yol verən adamlar haqqında tədbirlər görülməlidir. Ümumiyyətlə seçkinin prosedur qaydaları var. Bu mənada hesab edirəm ki, MSK-nın seçkilərin nəticələrini, neqativ hallarla bağlı yayılan görüntüləri araşdıraraq ölçü götürdüyü halda, qanun pozuntusuna yol verilən 4 seçki dairəsinin nəticələrinin ləğv edilməsinə baxmayaraq, müxalif qruplaşmaların mitinq keçirmək çağırışları anlaşılan deyil”.

sia.az

Digər xəbərlər