Siyasət

  • 4 505

İbrahim Öztek: Prezident İlham Əliyevin qarşısında Nikol Paşinyanın yeganə sığınacaq yeri uydurduğu yalanları oldu

image

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr Ermənistanın hökumət başçısını olduqca pis duruma saldı. Bir daha dünyanın gözü qarşısında Azərbaycanın haqlı tərəf olduğu göründü və sübut olundu.Bu sözləri Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek deyib.

O deyib: “İşğalçı Ermənistan tərəfindən Dağlıq Qarabağ, eləcə də Xocalı və Azərbaycanın digər bölgələrində soyqırımların törədildiyi dünya miqyasında öz təsdiqini tapmışkən Ermənistan liderinin yeganə sığınacaq yeri özləri tərəfindən uydurulan yalanlardır. Məhz bu səbəbdən Nikol Paşinyanın İlham Əliyevin qarşısına çıxması cəsarətdir. N.Paşinyanın tarixdən xəbəri belə olmayan biri kimi tarixi təhrif etməyə çalışması, hətta Qarabağın Azərbaycan torpağı hesab edilməsində Stalin, Lenin və Atatürkü günahlandırması ağılsızlıqdan başqa bir şey deyil. Qarabağ əsirlər boyu bir türk yurdu olub. O bölgədəki tarixi abidələrə, heykəllərə, qəbirlərə və qayaların üstündəki yazılara baxdıqda Qarabağın hər guşəsinin türk əsərləri ilə dolu olduğunu görməmək mümkün deyil. Hələ 1813 və 1828-ci illərdən əvvəlki tarixə nəzər salındıqda bugünkü Ermənistan dövlətinin olduğu ərazidə yaşayan ermənilərin, ümumi əhalinin 5-7 faizini təşkil etdiyini görmək olar, əhalinin qalan hissəsini isə türklər təşkil edib. Anadoludan və İrandan bu coğrafiyaya köç edən ermənilərlə burada Ermənistan yaradıldı. Ermənilər tərəfindən də ad olaraq istifadə olunan Qarabağ və ya bölgənin paytaxtı Xankəndi əsl türk adlarıdır. Bu bölgələrin erməni dilində adları yoxdur. Ermənilərin Qarabağa sahib olmaq üçün heç bir əsaslı səbəbləri və sübutları da yoxdur”.
Ermənistanın dərhal Azərbaycanın tarixi bölgəsi olan Qarabağdan çıxmasının vacibliyini vurğulayan İ.Öztek bildirib: “Hazırda aparılan danışıqlar Ermənistanın xeyrinədir. Belə ki, bir neçə il əvvəl baş vermiş Aprel döyüşləri Azərbaycanın sahib olduğu ordunun gücünü və Azərbaycan gənclərinin öz liderlərinin bir sözü ilə doğma torpaqlarını geri qaytarmaq gücünə sahib olduğunu dünyaya nümayiş etdirdi”.

yap.org.az

Digər xəbərlər