"İlham Əliyev özünün tutarlı faktları ilə Paşinyana dərs keçdi" ÖZƏL-MÜNASİBƏT

Ermənistan rəhbərliyinin siyasəti yalan, şantaj və təcavüz üzərində qurulub və bu nəinki Paşinyana xasdır, eləcə də Ermənistanın əvvəlki rəhbərləri də Qarabağ məsələsinin həllində həmişə yalana, şantaja, böhtana əl atıblar ki, bu onların təbiətindədir. Bunu SİA-ya müsahibəsində millət vəkili Tahir Rzayev deyib.Millət vəkili qeyd edib ki, Paşinyan bu görüşdə də bir çox faktları təkzib etsə də özü hətta etiraf etdi ki, Qarabağ Azərbaycan ərazisidir, çünki fakt qarşısında qaldı.“Müəyyən məsələlərə yanlış mövqedən yanaşan erməni baş nazir, nəyə görə qondarma "Qarabağ Respublikası"nın nümayəndələrinin bu danışıqlarda iştirak etməsin deyə çıxış etdi. Cənab Prezident isə ona aydın şəkildə anlatdı ki, biz Ermənistanla müharibə aparırıq. Bildirdi ki, əgər doğrudan da ermənilər istəyirlərsə ki, biz Qarabağla münasibətlərə gələk, onda onlar ordularını, silahlı qüvvələrini oradan çıxarmalıdırlar. Başa saldı ki, sərhədləri möhkəmləndirdikdən sonra həmin danışıqlara gedə bilərik və sübut edə bilərik ki, biz doğrudan da bu münaqişədə qalib gəlməyə qadirik. Cənab Prezident bildirdi ki, Ermənistan tərəfi işğalçı kimi orada öz silahlı qüvvələrini yerləşdirib və deməli, danışıqlara biz sizinlə getməliyik.Paşinyanın özü digər bir səhv etdi ki, onun oğlu Qarabağda könüllü xidmət edir. Bu nəyi göstərir? Elə bunun özü sübut edir ki, Ermənistan vətəndaşları artıq Qarabağda hərbi xidmət keçirlər. Deməli, Qarabağ torpaqları müəyyən havadarları tərəfindən, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. O, bəzi statları gətirdi ki, Şaumyan rayonu olub, digər rayonlar olub, Naxçıvanda ermənilər yaşamır. Ancaq sübut var ki, onlar özləri orada yaşamaq istəmədilər. İndi artıq faktlar var ki, Azərbaycanda, elə Bakının özündə 30 minə yaxın erməni yaşayır. Eləcə də, bizim bir çox rayonlarımızda erməni əsilli adamlar var ki, onlar yaşamaqdadır və onlara heç bir müqavimət göstərilmir.Sülh danışıqlarına gələndə ölkə rəhbəri erməni baş nazirə dedi ki, siz həmişə bu danışıqları pozursunuz. Dedi ki, bu danışıqlarda əlbəttə, Qarabağ icması danışıqların predmeti ola bilməz, onlar iştirak edə bilməzlər, çünki biz sizinlə mübarizə aparırıq. Xatırlatdı ki, hər dəfə bu danışıqlara gələndə siz müəyyən qaydada yalana yol verməklə, böhtan atmaqla bu münaqişənin həllini uzatmaq istəyirsiniz, ancaq Azərbaycan öz torpaqlarını azad edəcək. Məsələ qoyuldu ki, biz neçə dəfə danışıqlara getmişik və bu danışıqları qarşıya qoyduqda istər Madrid prinsiplərində, istərsə də digərlərində əsas məsələ bu olub ki, Ermənistan silahlı qüvvələri ərazilərimizdən çıxmalıdır. Bildirilidi ki, onlar çıxandan sonra da qaçqın və köçkünlər ata-baba yurdlarına qayıtmalıdırlar və qayıdandan sonra biz Xankəndinin, Qarabağın statusu məsələsinə baxa bilərik. Yenə də Paşinyan söhbətdən qaçmaq istədi. Üçüncü tərəf kimi mütləq qondarma Qarabağ respublikasının nümayəndələri burada iştirak etməlidir, dedi.Cənab Prezident özünün dəyərli, tutarlı faktları ilə Paşinyana bir dərs keçdi. Həqiqətən bu bir dərs oldu və o suallar qarşısında çox aciz görünürdü. Elə bilirəm ki, bu acizliyin əsas səbəbindən biri odur ki, Azərbaycan Respublikasının Prezidenti reallığa əsaslanırdı, faktlara əsaslanırdı, beynəlxalq təşkilatların verdiyi o qərarlara əsaslanırdı. Bütün qərarların da mövzusu Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır. İstər BMT qətnamələrində, ATƏT-in müəyyən layihələrində, istər beynəlxalq təşkilatların bir çoxlarının qərarlarında bu şərt irəli çəkilib ki, Azərbaycan torpaqları qeyd-şərtsiz işğaldan azad olunmalıdır”, deyə millət vəkili Tahir Rzayev bildirib.

sia.az