Siyasət

  • 4 583

Hikmət Babaoğlu: Prezident İlham Əliyev öz tarixi,hüquqi və siyasi bilgiləri ilə işğalçı Ermənistanın baş nazirini əzib keçdi

image

“Prezident İlham Əliyev öz tarixi,hüquqi və siyasi bilgiləri ilə işğalçı Ermənistanın baş nazirini əzib keçdi”. Bu fikri "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və işğalçı Ermənistanın baş nazirinin iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilidi. İlk dəfə idi ki, problem haqqında belə açıq müzakirələr keçirilirdi və bütün qlobal informasiya resurslarının diqqəti məhz bu panel müzakirələrinə fokuslanmışdı: "Azərbaycan Prezidenti öz haqlı mövqeyi, dərin tarixi, hüquqi və siyasi bilgiləri, yüksək dilbilmə qabiliyyəti, rasional siyasi məntiqi, iti zəkası və hazırcavablığı ilə işğalçı ölkənin baş nazirini rüsvay etdi. Bir daha hamıya aydın oldu ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq da Azərbaycan torpağı olaraq qalacaq. Bu müzakirələrdə Azərbaycan Prezidenti həm də nümayiş etdirdi ki, etnoqrafiyanı, toponomiyanı dərindən bilir və bunları Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün müasir siyasi dialoq müstəvisində lehimizə olan faktor kimi təqdim etməyi bacarır. Bu keyfiyyətlər əsl siyasi lider keyfiyyətləridir və hər bir Azərbaycanlı öz Prezidentinin bu keyfiyyətləri ilə fəxr edə bilər".
Millət vəkili qeyd edib ki, müzakirələrdə miskin vəziyyətə salınmış işğalçı Ermənistanın baş nazirinin qarşısında özündən əmin, xalqına arxalanan, haqqı, ədaləti, beynəlxalq hüququn təmin olunmasını tələb edən bir Prezident var idi. "Əminəm ki, bu müzakirələrdə bir daha Prezident İlham Əliyev hamını inandırmağı bacardı ki, istər tarixi və istərsə də beynəlxalq hüququn tələbləri nöqteyi-nəzərindən Dağlıq Qarabağ Azərbaycana aiddir. Prezident İlham Əliyevin səsləndirdiyi iki fikir isə Paşinyanın və onun havadarlarının sifətinə vurula siyasi sillə idi. Bunlardan birincisi - "Erməni xalq öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!", ikinci isə - "Onlar status-kvonu dəyişməz olaraq saxlamaq istəyirlər. Hesab edirlər ki, həmin əraziləri daim işğal altında saxlaya bilərlər. Əminəm ki, bu, belə qalmayacaq" fikirləri təkcə Ermənistana deyil, bütün dünyaya Azərbaycan Prezidenti tərəfindən verilən ismarıc idi ki, biz torpaqlarımızı işğaldan azad, ərazi bütövlüyümüzu bərpa edəcəyik",- deyə H.Babaoğlu vurğulayıb.

yap.org.az

Digər xəbərlər