Siyasət

  • 4 929

"Paşinyanın kölgəsi sülh prosesinə bağlıdır" Erməni mətbuatı belə yazır

image

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Ermənistanın baş naziri Nikol Paşinyanın davranışı erməni politoloqlar, ekspertlərlə yanaşı, yerli KİV-lər tərəfindən də ciddi tənqid olunur. SİA bir neçə erməni KİV-lərinə nəzərən xəbər verir ki, Paşinyanın Münxen səfəri ilə bağlı yazılan məqalələrdə Ermənistan baş nazirinin Azərbaycan Prezidenti qarşısında məğlub olduğu önə çəkilir.Yazılanlarda onun budəfə də Dağlıq Qarabağın tanınmamış statusunu təsdiq etmək istəyinə söykənən qəbul edilmiş peşə ritorikasından uzaqlaşmaq istəmədiyi vurğulanıır.Bildirilir ki, Paşinyan istəyini Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən əvvəl, Fridrix Ebert Fondunda xarici jurnalistlərlə söhbət zamanı ortaya qoyub. Belə ki, Paşinyan orada həll olunmamış Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və nasist ortağı Qaregin Nijdenin Ermənistanda təriflənməsi ilə bağlı bir sıra etiraflar edib.Xarici jurnalistlər Paşinyandan sülh prosesinə yeni bir siyasi doktrinanın tətbiq olunacağını gözləsələr də, jurnalistlərin suallarını cavablandıran Ermənistanın baş naziri Azərbaycan tərəfinin ritorikasında boşluqlar axtarmağa üstünlük verib.Yazılarda bildirilir ki, Paşinya Qaragen Nijde ilə bağlı suala cavabı ilə Dağlıq Qarabağ münaqişəsinin həllində mərhələli razılaşma ümidini tamamilə basdırıb.Bununla yanaşı, vurğulanır ki, “Qarabağ klanı”nın devrilməsinə və hazırda Paşinyanın müxalifət olmasına baxmayaraq, onun kölgəsi hələ də sülh prosesinə bağlıdır.“Son onilliklərdə erməni diplomatiyasını rəhbər tutan metodik göstərişlər hələ də aktualdır, yeganə fərq mövcud siyasi elitanın kifayət qədər inamlı olmadığı, qarışıq və özünə zidd olmasıdır”, - deyə erməni KİV-ləri yazır.

sia.az

Digər xəbərlər